Obama Misirdəki xristianları müdafiə edəcəyinə söz verir

ABŞ Prezidenti Barak Obama Misirdəki xristianların müdafiəsi üçün mümkün olan hər şeyi edəcəyini söz verib. Trend İTAR-TASS-a istinadən məlumat verir ki, bu barədə Prezidentin Milad bayramı münasibətilə Birləşmiş Ştatlarda və bütün dünyada pravoslav xristian-koptlara müraciətində bildirilir.

Müraciətdə qeyd olunur: “Biz ABŞ-ın Misirdə və bütün dünyada xristianların və digər dinlərin nümayəndələrinin müdafiəsinin təmin edilməsi üzərində işləmək səylərini dəstəkləyirik”.

Qeyd edək ki, ötən illərdə Misirdəki xristianlar, xüsusilə koptlar dəfələrlə təqibə məruz qalıblar. “Beynəlxalq amnistiya” təşkilatının məlumatına görə, bu vaxtadək ölkədə müxtəlif xristian icmalarına məxsus 43 məbəd dağıdılıb, 200 tikili basqına məruz qalıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO