Obama 53, Makkeyn 44 faiz

Obama 53, Makkeyn 44 faiz  Demokrat namizədin prezident seçilmək şansı daha yüksəkdir

Noyabrın 4-nə təyin olunan ABŞ prezidenti seçkilərinə cəmi bir gün qalıb. Lent.az-ın məlumatına görə, Demokrat Partiyasının namizədi Barak Obama səsvermə ərəfəsində respublikaçı rəqibini xeyli üstələyir. Lakin bir çoxlarının “siyasi cəsəd” adlandırdıqları Con Makkeyn qələbə çalacağına əmindir. Bütün bunlar Barak Obamanın bibisinin ABŞ-da qeyri-leqal mühacir şəkilində yaşadığının məlum olması fonunda baş verir. Agentliklər qeyd edirlər ki, Obamanın atasının ögey bacısı Zeytuni Onianqo 4 il əvvəl siyasi sığınacaq almaq məqsədilə Keniyadan ABŞ-a qeyri-leqal şəkildə gəlib. Ona siyasi status verilməsə də, qadın ölkədə qalmaqda davam edir. Məlum olub ki, seçkilər zamanı ABŞ-da xaricilərdən kömək almaq qadağan olunsa da, Barak Obamanın bibisi onun seçki kampaniyasına 265 dollar köçürüb. Bunu nəzərə alan Demokrat Partiyası həmin pulun geri qaytarılacağını bəyan edib. Öz növbəsində Obama bibisinə heç bir kömək göstərmədiyini bəyan edib. Son sosioloji sorğular demokrat namizədin öz rəqibini 9 faiz üstələdiyini göstərib. Seçicilərin 53 faizi Obamanı, 44 faizi isə Makkeyni dəstəklədiyini bəyan edib. Buna baxmayaraq, Makkeyn onu siyahıdan silib atmağın əleyhinədir. Respublikaçı namizəd bildirib ki, özündə Obamaya qalib gəlmək üçün güc hiss edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO