Nyu-Yorkda Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Nyu-Yorkda Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirlər keçiriləcək Mayın 24-dən 31-ə kimi Amerika Birləşmiş Ştatlarının Nyu -York şəhərində Azərbaycanın Respublika Gününə və mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Tədbirlərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi də iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən verilən məlumata görə, kollektivin tərkibində xalq artisti Afaq Bəşirqızı da olacaq. Aktyorlarımız ABŞ-a Azərbaycan-Nyu York Assosiasiyasının dəvəti ilə gedəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO