İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ ÜZRƏ MİLLİ FƏALİYYƏT PLANININ İCRASI MÜZAKİRƏ OLUNMUŞDUR

Azərbaycanda məhkəmə sistemi, bələdiyyə, əmlak sisteminin toxunulmazlığı və digər sahələrdə böyük irəliləyişlər əldə edilmişdir.

İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrasına həsr olunan və beynəlxalq qurumların, eləcə də aidiyyəti dövlət təşkilatları nümayəndələrinin iştirak etdiyi konfransda bu sahədə görülən işlərdən danışılmışdır.
Azərbaycan hökuməti insan haqlarının müdafiəsi ilə bağlı beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Bu sahədə aparılan islahatlar qənaətbəxşdir.

İnsan hüquqlarının müdafiəsi istiqamətində Milli Fəaliyyət Planının 2008-ci il üzrə icrasına həsr edilən konfransda əldə olunan nəticələr xüsusi qeyd edilmişdir.
Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov martın 18-də keçiriləcək referendumdan danışaraq bildirmişdir ki, Konstitusiyaya ediləcək əlavələr və dəyişikliklərdə insan hüquqları ilə bağlı məsələlər də əksini tapmışdır. Xalq referendumda öz sözünü deyərsə qanunvericilikdə insan haqları ilə bağlı əsaslı dəyişikliklər ola bilər.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ötən ilin dekabrın 28-də təsdiq olunan Milli Fəaliyyət Planının icrası ilə bağlı 54 dinləmə keçirildiyini və işçi qrupu yaradıldığını vurğulamışdır. Martın ilk on günlüyündə Ombudsman Aparatı ölkə Prezidentinə, Milli Məclisə və digər dövlət qurumlarına ötən illə bağlı illik hesabat təqdim edəcəkdir. Budəfəki məruzədə ombudsmanın 7 illik fəaliyyəti də əks olunacaqdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO