İnsan haqları təşkilatları Şahnaz Qulaminin həbsini pislədi

İsveç Krallığında fəaliyyət göstərən insan haqları təşkilatları İranın bu ölkədəki səfirliyinə müraciət edib.
Lent.az-ın “BayBak”a istinadən verdiyi məlumata görə, onlar Güney Azərbaycan Milli Hərəkatının xanım fəalı, hüquq müdafiəçisi, jyurnalist Şahnaz Qulaminin həbs olunmasını pisləyib və fars şovinist rejimindən onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

İsveç mətbuatında Şahnaz Qulami haqqında məqalə də dərc olunub. Bu işdə Isveç Krallığında fəaliyyət göstərən Azər Cəmiyyətinin böyük əməyi olub.

Xatırladaq ki, soydaşımız noyabrın 9-dan 10-na keçən gecə həbs olunub.

Pərvin ABBASOV

http://news.lent.az/kulis/news/13100

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO