İndoneziya parlamentinin sədrinin Azərbaycana səfəri başlayıb

İndoneziya Respublikası Nümayəndələr Palatasının spikeri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb. Səfərin məqsədi iki dövlət və iki ölkə parlamentləri arasında əlaqələrin inkişafına dair danışıqlar aparmaqdır. Səfər çərçivəsində Marzuki Alie Milli Məclisdə, Nazirlər Kabinetində bir sıra görüşlər keçirəcək, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən İndoneziya dili kafedrası, Səngəçal neft terminalı, Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olacaq. Nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev ilə də görüşü gözlənilir. Səfər aprelin 17-də başa çatacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO