Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol turniri keçiriləcək

Aprelin 20-də “AtaBank” ASC-nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol turniri start götürəcək.
Holdinqdən Trend-ə verilən məlumata görə, yarışda müxtəlif adlarda “AtaHolding” Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları mübarizə aparacaqlar.
Püşkatma mərasimində “AtaBank” ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı turnirin əhəmiyyətindən danışaraq, ulu öndərin idmana olan diqqət və qayğısını ön plana çəkib: “Bu yarış ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Ulu öndərimiz idmana həmişə qayğı və dəstək göstərib. Onun ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan dünyada bütün sahələrlə yanaşı, idmanda da böyük nailiyyətlər əldə edib. Ümummilli lider Heydər Əliyev həmişə idmançıların dostu olub və indi də bu yolu cənab İlham Əliyev uğurla davam etdirir. Məhz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra müstəqil Azərbaycan idmanı intibah dövrünə qədəm qoyub. Artıq bütün dünya təmsilçilərimizi ciddi rəqib sayır və onlarla ayaqlaşır. İnanıram ki, bizim keçirdiyimiz turnir uğurla başa çatacaq. Arzu edirəm ki, güclü qalib gəlsin”.
Püşkatmanın nəticəsi aşağıdakı kimidir:
A qrupu
“RENCONS”
“Bank VTB”
“Embarqo”
MXD

B qrupu
“Synergetic”
“AtaHolding”
“First United”
“AtaCard”

C qrupu
“FC Cybernet”
“Excelsior Hotel”
“Buta”
“No Name”

D qrupu
“Gobustone”
“AtaTexnologiya”
“Red Defils”
“Sumqayıt”
1/4 final
A1 – B2
B1 – A2
C1 – D2
D1 – C2
1/2 final
A1-B2 cütünün qalibi – C1-D2 cütünün qalibi
B1-A2 cütünün qalibi – D1-C2 cütünün qalibi
Üçüncü yer uğrunda
Yarımfinalların məğlubları
FİNAL
Yarımfinalların qalibləri

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO