Mətbuat Şurası “Diffamasiya haqqında ” qanun layihəsinin müzakirəsi üçün parlament sədrinə müraciət edəcək

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov spiker Oqtay Əsədova “Diffamasiya haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması ilə bağlı müraciət edəcək. “Beynəlxalq təşkilatlar uzun müddətdir Azərbaycanda bu qanunun qəbulunun zəruri olduğunu bildirirlər. Bizim də istəyimiz odur ki, layihə Milli Məclisin növbəti sessiyasında müzakirəyə çıxarılsın”, – çərşənbə axşamı Trend News-a Mətbuat Şurasının sədri Amaşov bildirib.

“Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir. Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

“Diffamasiya haqqında” qanun layihəsinin qəbul olunması mümkündür. Amma ilk növbədə bir qrup jurnalist buna hazır olmalıdır”, – çərşənbə axşamı Trend News-a layihəni hazırlayan işçi qrupunun üzvü, millət vəkili Azay Quliyev bildirib. Onun sözlərinə görə, problem layihənin qəbulu ilə həll oluna bilməz. “Azərbaycan mətbuatında şər, böhtan, şantaj, yalan məlumatların saysız-hesabsız olduğu bir zamanda belə qanunun qəbulu məsələsi çox ciddi şəkildə müzakirə olunmalıdır”, – millət vəkili vurğulayıb.

Quliyev deyib ki, layihənin qəbulunu jurnalistlər tezləşdirə bilərlər. “Bunun üçün ilk növbədə peşəkarlıqlarını artırmalıdırlar. Hesab edirəm ki, bəzi jurnalistlər öz fikirlərində bir çox şeyləri islah edəndən sonra layihənin müzakirəyə çıxarılması mümkün olacaq”, – işçi qrupunun üzvü qeyd edib. Onun fikrincə, “Diffamasiya haqqında” qanun layihəsinin yaxın müddətdə qəbulu da jurnalistlərin peşəkarlığından və professionallıq səviyyəsindən asılı olacaq.

Azərbaycanda 3300-dən çîõ kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 20-dən yuõarı tålåkànàl fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO