MSK-ya 700 yerli müşahidəçi müraciət edib

Bugünədək prezident seçkilərini izləmək üçün 700 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Seçkiləri müşahidə etmək üçün müraciət edənlər əsasən, qeyri hökumət təşkilatlarının təmsilçiləridir. Bu barədə “Üç nöqtə”yə Mərkəzi Seçki Komissiyasının şöbə müdiri İradə Hacıyeva məlumat verib. İ.Hacıyevanın sözlərinə görə, seçkiləri müşahidə etmək istəyənlər arasında fərd olaraq müraciət edənlər, də var: “Siyasi partiyalardan isə hələlik yalnız Demokratik Azərbaycan Dünyası Partiyası müşahidəçilərinin qeydiyyata alınması üçün MSK-ya müraciət edib. Müraciət edən müşahidəçilərə MSK-nın müvafiq lövhəciyi veriləcək. Müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalana qədər davam edəcək”. İ.Hacıyeva “exit-poll” keçirmək üçün MSK-ya rəsmi müraciət edənin olmadığını bildirdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO