Moskvada “Xəzər dialoqu-2011” adlı forum fəaliyyətə başlayıb

Moskvada “Xəzər dialoqu-2011” adlı forum fəaliyyətə başlayıb Rusiyanın paytaxtında “Xəzər dialoqu-2011” iki günlük beynəlxalq iqtisadi forumu öz işinə başlayıb. Beynəlxalq Ticarət Mərkəzində keçirilən forum Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi, Ticarət-Sənaye Palatası və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə təşkil edilib.

Xəzəryanı ölkələri, MDB və Avropa ölkələrini təmsil edən dövlətlərin nümayəndələri, diplomatlar, alimlər və ekspertlərin iştirak etdiyi forumun keçirilməsinin əsas məqsədi Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün vacib işlər görməkdir. Forumun əsas mövzusu isə mineral xammal ehtiyatları sahəsində region dövlətlərinin siyasəti, Xəzərin hüquqi statusu, regionun nəqliyyat infrastrukturunun inkişafı, informasiya texnologiyalarından istifadə edilməsi və balıqçılığın inkişafı və bioloji müxtəlifliyin bərpası məsələləri olub.

Bundan başqa “Xəzərin enerjisi – dünyanın enerjisi” mövzusunda dördüncü Xəzər energetika forumunun keçirilməsi nəzərdə tutulub. Bu forum zamanı regionda karbohidrogenlər və elektrik enerjisi mənbələrinin axtarışı, hasilatı və satışının təşkil edilməsi məsələləri, eləcə də bu sahədə müştərək layihələr müzakirə ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO