Morninqstar Mingəçevirdədir

ABŞ-ın ölkəmizdəki səfiri Mingəçevirə səfər edib.
Trend El TV-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar səfəri çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətində olub və icra başçısı Niyazi Bayramovla görüşüb.
Görüşdə, əsasən, ABŞ-Azərbaycan əməkdaşlığından və bu əlaqələrin bütün sahələrdə genişlənməsindən danışılıb.
Sonra diplomat şəhəri gəzib, Kür Olimpiya Tədris İdman Kompleksində olub. Amerikalı diplomat Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir filialına gəlib və burada gənclərlə, həmçinin Sülh Korpusunun könüllüləri ilə görüşüb. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO