Məmurlarla jurnalistlər arasında dialoqların keçirilməsinə ehtiyac var

Azərbaycan Mətbuat Şurası bu aydan etibarən informasiya mühitinin liberallaşmasına yardım edə bilən, jurnalistlərin və cəmiyyətin diffamasiyaya nə dərəcədə hazır olması ilə bağlı bir neçə tədbirin keçirilməsini nəzərdə tutur. Bu barədə cümə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

“Məmurlarla jurnalistlər arasında müəyyən mövzularla bağlı dialoqların keçirilməsinə ciddi ehtiyac var. Biz ilk növbədə jurnalistlərimizin diffamasiyaya nə dərəcədə hazır olduqlarını müəyyənləşdirməliyik. Düşünürəm ki, bundan sonra “Diffamasiya haqqında” qanun layihəsinin cəmiyyətin müzakirəsinə çıxarılıb qəbulu üçün müəyyən razılığa gəlmək olar”, – şura sədri əlavə edib.

Trend News-un arayışı: “Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Amaşov deyib ki, “Diffamasiya haqqında” qanun layihəsi ilə bağlı digər beynəlxalq təşkilatlarla da birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Biz bu müzakirələri həm Bakıda, həm də bölgələrdə təşkil edəcəyik. İndi bu məsələ şuranın prirotet məsələlərindən biridir”, – şura sədri vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO