Fevralın 28-də Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri başa çatıb.
Prezident Mixeil Saakaşvili Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərinin yekunları ilə bağlı Azərbaycan Televiziyasına və Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) müsahibə verib.
Naxçıvan Beynəlxalq hava limanından Prezident Mixeil Saakaşvilini muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov yola salıb.