“Migom ” pulköçürmə xidmətindən Azərbaycan poçtunun əksər şöbələrində istifadə etmək mümkün olacaq


Martın 5-də Bakıda Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində “Azərpoçt” MMC və “Migom” beynəlxalq pulköçürmə ödəniş sistemi nümayəndələrinin iştirakı ilə “Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı. Pul köçürmələri bazarında innovasiya prosesləri” mövsuzunda konfrans keçirilib.
Konfransın işində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədov, “Azərpoçt” MMC-nin Maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov, “Migom” QSC Bank Olmayan Kommersiya Təşkilatı (BOKT) İdarə heyətinin sədri Natalya Karaçevseva iştirak ediblər.
Konfrans zamanı iştirakçılar Azərbaycan-Rusiya tranzaksiya dəhlizinin inkişaf perspektivləri, Azərbaycanda hesablaşma xidmətlərindən istifadə, o cümlədən sıfır dərəcəli komissiya haqqı ilə pul köçürmələri haqqında məlumat təqdim ediblər.
Görüş zamanı ölkə ərazisi üzrə ödəniş infrastrukturunun keyfiyyətinin artırılması, Azərbaycan ərazisində “Migom”un innovasiya layihələrinin həyata keçirilməsi, “Azərpoçt” şəbəkəsində əhalinin kredit və borclarının ödənilməsi xidmətləri, onlayn maliyyə servisləri və ödənişli məhsullar, həmçinin “Azərpoçt” şəbəkəsində mal və xidmət tədarükçülərinin – elektron kommersiya iştirakçılarının ödənişi, “Azərpoçt” müştəriləri üçün mobil internet bankçılığının əlaqədar servislərinin təqdim edilməsi məsələləri nəzərdən keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin əlaqələndirmə fəaliyyəti şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədov konfransda çıxışı zamanı bildirib ki, “Azərpoçt”un “Migom” sistemi ilə əməkdaşlığı haqqında saziş 2012-ci ilin mayında imzalanıb. Hazırda “Migom” pulköçürmə xidmətləri poçt rabitəsinin 200 şöbəsində həyata keçirilir və yaxın vaxtlarda xidmət “Azərpoçt” korporartiv şəbəkəsinə qoşulmuş bütün poçt şöbələri üzrə genişləndiriləcək. Hazırda operatorun korporativ şəbəkəsinə “Azərpoçt”un təqribən 800 filial və poçt şöbəsi qoşulub.
“Migom” beynəlxalq pulköçürmə sistemi regionumuz üçün ən tanınmış sistemlərdən biridir. Pul köçürmələrinin əksəriyyətinin Rusiya və MDB-nin digər ölkələrinin payına düşdüyünü nəzərə alsaq, Azərbaycanın poçt operatoru və “Migom” arasında əməkdaşlıq daha məhsuldar olacaq. “Migom”un bizimlə əməkdaşlığa razılıq verdiyinə görə məmnunuq və “Migom” sisteminin Azərbaycanda pul köçürmələri xidmətləri üzrə liderlərdən birinə çevrilməsi üçün əlimizdən gələni etməyə hazırıq”, – Məmmədov qeyd edib.
“Migom” 2002-ci ildən 27 ölkə istiqamətində fiziki şəxslərdən pul köçürmələri bazarında fəaliyyət göstərən Rusiyanın köklü və iri sistemlərindən biridir. Sistem 450-dən çox yerli və xarici bank və qeyri-bank strukturlarını, terminal şəbəkələrini və agentləri özündə birləşdirir. “Migom” tranzaksiya pul köçürmələrindən başqa, fiziki və hüquqi şəxslərə (beynəlxalq banklararası hesablaşmalar daxil olmaqla) ödəniş xidmətlərinin geniş spektrini təqdim edir.
“Azərpoçt” MMC-nin Maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib ki, poçt operatoru Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında maliyyə xidmətlərinə 2012-ci ilin aprel ayında başlayıb.
“Azərpoçt” bu lisenziyaya əsaslanaraq, mövcud xidmətlərin həyata keçirilməsi məqsədilə tərəfdaşları ilə bir sıra sazişlər bağlayıb. Bunlardan biri də “Migom” təcili pulköçürmə sistemidir.
“Azərpoçt”un poçt şəbəkəsinin şaxəli olması bütün respublika ərazisi üzrə pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Hazırda “Migom” xidmətindən Bakı, Abşeron yarımadası və Sumqayıt daxil olmaqla, bir çox poçt şöbələrində istifadə etmək mümkündür. Getdikcə şəbəkə respublikanın bütün ərazisi üzrə genişləndiriləcək. Azərbaycanda “Migom” sistemi beynəlxalq pul köçürmələri üzərində təhlükəsizlik nəzarəti və sürəti keyfiyyətlə həyata keçirən etibarlı tərəfdaş qismində özünü xeyli müddətdir tanıdıb. Gələcəkdə tərəfdaşlığımızı genişləndirmək niyyətindəyik”, – Əhmədov qeyd edib.
Öz növbəsində, “Migom” QSC-nin İdarə heyətinin sədri Natalya Karaçevseva çıxışında bildirib ki, hesab açılmadan transsərhəd köçürmələr Rusiya daxil olmaqla, bütün ölkələr üçün vacib və sosial əhəmiyyətli xidmətdir. Onun sözlərinə görə, “Migom” sistemi bazarda 11 illik iş təcrübəsi və Azərbaycanda bütün fəaliyyəti dövründə maliyyə sahəsində olduqca ciddi peşəkar təcrübə qazanıb. Hazırda şirkət Azərbaycan əhalisi və respublikadan kənarda yaşayan vətəndaşlar üçün yeni maraqlı xidmətlər təklif etməyə hazırdır.
“Tərəfdaşlıq şəbəkəmiz durmadan artır. Dünya üzrə təqribən 450 tərəfdaş bank və 27-yə yaxın dəhlizimiz mövcuddur. Ümid edirik ki, Azərbaycan bizim üçün liderlik edən Qafqaz dəhlizlərindən biri olacaq. Elə bu məqsədlə əhaliyə sosial əhəmiyyətli xidmətləri təqdim edən qabaqcıl operator qismində “Azərpoçt” ilə strateji tərəfdaşıq. “Azərpoçt” ilə hazırda 200 nöqtədə fəal işləyirik və iştirak nöqtələrini ilin ortalarınadək iki dəfə artırmağı planlaşdırırıq”, – Karaçevseva bildirib.
Onun sözlərinə görə, son bir il ərzində Rusiyada ödəniş sahəsində şirkətin olduqca diqqətlə hazırlaşdığı əhəmiyyətli dəyişikliklər baş verib. Ödəniş infrastrukturu, İT infrastrukturunun tikintisi və modernləşdirilməsinə, sənəd dövriyyəsinin optimallaşdırılmasına xeyli səy göstərilib.
Karaçevseva vurğulayıb ki, Rusiyada beynəlxalq bazarda ölkənin bütün ödəniş sistemlərinin fəaliyyətini tənzimləyən yeni qanun qüvvəyə minib.
“Beynəlxalq ödəniş sisteminin operatoru olmaq imkanlarının əldə edilməsinə dair ciddi prosedurlar mövcuddur. Biz bütün bu prosedurları 2012-ci ildə keçmişik və beləliklə də hazırda beynəlxalq səviyyəli ödəniş sistemi operatoruyuq. Tərəfimizdən, həmçinin şəbəkəmizdən və ödəniş xidmətlərinin göstərilməsi üzrə ən müxtəlif distant vasitələrdən istifadə etməklə xeyli yeni və müxtəlif onlayn xidmətlər təklif etməyə imkan verəcək digər ödəniş sistemi qeydiyyata alınıb”, – o qeyd edib.
“Migom” QSC BOKT hər şeydən əvvəl Rusiya Bankından lisenziyası olan hesablaşma bankıdır, “Migom” beynəlxalq pulköçürmə sisteminin operatorudur. “Migom” sisteminin hesablaşma bankları “Yevrotrast” və “Migom” QSC BOKT-dur. Şirkət fəaliyyət göstərdiyi bütün ölkələrdə bank təşkilatı qismində akkreditasiyadan keçib.
Şirkətin daxilində həyat keçirdiyi yenidənqirma, həmçinin göstərilən xidmətlərin sayının genişləndirilməsi sayəsində bu ildən başlayaraq, “Migom” beynəlxalq hesablaşma korporasiyası operatoru qismində öz daxili qanunvericiliyi çərçivəsində əhali üçün transsərhəd pul köçürmələri, ödənişlər və digər maliyyə xidmətləri həyata keçirmək imkanları olan bank və tərəfdaşları artıq özünə yaxınlaşdırmağa başlayıb.
“Beynəlxalq ödəniş xidmətləri opartoru kimi, tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində məhsul siyahımıza, yeni obraz və statusumuza detallı şəkildə toxunmağa hazırıq. Bazarın bizi klassik pul köçürmələri xidmətləri olan çoxməhsullu sistem kimi deyil, əhali üçün müasir, keyfiyyətli, sürətli, sadə, sadə çıxışı olan və çox tələbat duyulan xidmətlər göstərməyə hazır olan geniş tərəfdaş kimi qəbul etməsini istəyirik”, – o deyib.
Karaçevsevanın sözlərinə görə, bütün bu xidmətlər “Azərpoçt” ilə əməkdaşlıqda və Azərbaycanın maliyyə-ödəniş sahəsinin inkişafında öz əksini tapacaq. Əməkdaşlıq vəsaitlərin təkcə Rusiya istiqamətində deyil, həmçinin bütün dəhlizlər üzrə, yəni “Migom”un hazırda təmsil olunduğu ölkələr istiqamətində yönəldilməsini nəzərdə tutur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO