“Microsoft ” səmərəli iş mühitinin yaradılmasına dair təkliflər təqdim edib

Azərbaycan Milli Kitabxanasında “Kitabxana və muzeylərdə İKT-dən istifadənin genişləndirilməsi və turizm və mədəniyyət təhsilində texnologiyalarin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, “Microsoft Azərbaycan” və “Ultra Computers” şirkətlərinin nümayəndələri iştirak ediblər. Dəyirmi masanın əsas məqsədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxana, muzey və təhsil müəssisələrində iş mühitinin təkmilləşdirilməsinə dair “Microsoft”un təkliflərinin təqdimatı və onların müzakirəsidir.
“Microsoft” korporasiyasının kitabxanalar, muzeylər və tədris maəssisələri üçün təkliflərinin əsas məqsədi müasir tələblərə cavab verən iş mühitinin yaradılması vasitəsilə hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxana, muzey və təhsil müəssisələrində ümumi iş səmərəliliyini artırılmasıdır.
Bu məqsədə çatmaq üçün “Microsoft” aşağıdakı layihələri təklif edir:
Azərbaycanın kitabxana və muzey sistemində korporativ ünsiyyət mühitinin yaradılması üçün Microsoft Office365 (http://www.office365.com). Bu məhsul Microsoft tərəfindən ictimati kitabxana və muzeylər üçün pulsuz təqdim olunan bulud həllidir. Office365 özündə fərdi e-poçt, təqvim, fayl paylaşma, onlayn konfrans xidmətlərini özündə ehtiva edir. Bütün sadalanan xidmətlər bulud üzərindən təqdim olunur. Microsoft Office365 həllinin tətbiqi nəticəsində ölkə üzrə fəaliyyət göstərən bütün kitabxanaçı və muzey işçiləri arasında virtual ünsiyyət mühiti yaranacaq, aralarında məlumat və təcrübə mübadiləsi daha sürətli olacaqdır.
Azərbaycan kitabxanaçılarıvə muzey işçiləri üçün peşəkarlığın artırılması sisteminin inkişafı üçün Microsoft İT Academy (http://www.microsoft.com/itacademy/) və onlayn konfrans. Microsoft İT Academy Proqramı vasitəsilə Azərbaycan kitabxanaçıları və muzey işçiləri üçün sertifikatlaşmış Microsoft təlim kursları təşkili mümkündür. Burada kitabxana və muzey işçiləri Microsoft Office proqramları üzrə rəsmi kurslarda iştirak edə və müvafiq sənayə sertifikasiya keşə bilər. Bu kurslarla bərabər kitabxana və muzey işçiləri peşəkarlıq artırma sıstemi çərçivəsində xüsusi kitabxana və muzey proqramları, elektron idarəetmə və digər sahələr peşəkar tədris və təlimatlar əldə edə bilərlər.
Azərbaycan kitabxanaları və muzeylərində informasiya texnologiyaları sahəsində təhlükəsizliyin təmin olunması üçün ilk növbədə Nazirliyin tabeçiliyində olan kitabxana və muzeylərdə istifadə olunan proqram təminatının qanuni və orijinal versiyalarının istifadəsi zəruridir. Bununla bərabər kitabxanaların mərkəzləşdirilmiş İT infrastrukturunun idarəetmə mexanizmlərinin (Microsoft SystemCenter) və təhlükəsizlik meyarlarının işlənilməsi məqsədəuyğundur. Microsoft bütün ictimai kitabxanalar və muzeylərdə istifadə olunan Microsoft proqram təminatına akademik endirimləri təklif edir.
Azərbaycan Turizm Universiteti və Nazirliyin tabeçiliyində olan peşə məktəblərində İT təhsilinin təkmilləşdirilməsi. Təhsil müəssisələrində Microsoft İT Academy proqramının daha əhatəli tətbiqi tələbələrə ilkin İT bacarıqlarından başqa peşəkar İT biliklərin də əldə etmələrinə imkan yaradır. Belə ki, təhsil müəssisələrində sistem inzibatçılığı, proqramçılıq, məlumat bazaları və təhlükəsizlik inzibatçılığı kimi sahələr üzrə peşəkarların yetişdirilməsi mümkün olacaq. Həmçinin təhsil müəssisəsi Sertifikatlaşma mərkəzi kimi də fəaliyyət göstərə bilər.
Microsoft Dreamspark təhsil müəssisələrində İT Academy çərçivəsində Microsoft məhsulları üzrə tədris alan tələbələr və tədris edən müəllimlər üçün ən son proqram təminatını təmin etmək məqsədindədir. Microsoft bu proqramla tədris olunan Microsoft proqramlarının pirat yolu ilə istifadəsini əngəlləmək və təhsil iştirakçılarına leqal proqram təminatından istifadəni təbliğ etmək istəyirik.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO