MDB Parlament Assambleyası prezident seçkisini izləyəcək

Müşahidəçi qrupunun koordinatoru Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlovadır. MDB Parlament Assambleyası bu il, oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkisini izləmək üçün müşahidəçi qrupu təyin edəcək. Milli Məclisdən verilən məlumata görə, bu qrup təşkilatın icra komitəsi tərəfindən formalaşdırılmış müşahidə missiyasının tərkibinə daxil olacaq.
Qeyd edək ki, MDB Parlament Assasbleyası şurasının sədri Sergey Mironovun qərarı ilə Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova müşahidəçi qrupunun koordinatoru təyin edilib. Qrupun formalaşdırılması prosesi isə, bu ayın sonuna kimi, başa çatdırılacaq./ANS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO