MDB ölkələrinin antiterror mərkəzlərinin rəhbərləri terrorizm məsələlərini müzakirə edəcəklər

MDB ölkələrinin milli antiterror mərkəzlərinin rəhbərlərinin (qərargah rəisləri) altıncı müşavirəsi bu il fevralın 12-13-də Rusiya Federasiyasının paytaxtə Moskvada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə “Avesta” xəbər verir.
MDB ölkələrinin Antiterror mərkəzinin (ATM) mətbuat xidmətinin məlumatına görə, müşavirənin ilk günü (fevralın 12-də) XVIII Beynəlxalq “Təhlükəsizlik texnologiyaları” forumu çərçivəsində MDB ATM “Nəqliyyat təhlükəsizliyinin təmin olunması” adlı beynəlxalq simpozium təşkil edəcək.
Müşavirənin ikinci günü MDB ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin iştirakı ilə qapalı formatda keçiriləcək. İclas çərçivəsində ABD iştirakçısı olan dövlətlərin terrorizmlə mübarizə sahəsində səlahiyyətli orqanlarının əməkdaşlığı müzakirə olunacaq, MDB məkanında müasir terror hədələrinə qiymət veriləcək.
İştirakçılar dövlətlərarsı axtarış mexanizminin təkmilləşdirilməsi məsələlərinə toxunacaq, eləcə də 2012-ci ilin avqust-sentyabrında terror və ekstremist istiqamətli cinayətlərin törədilməsinə görə barəsində dövlətlərarası axtarış elan edilmiş şəxslərin tutulması üçün ATS-nin informasiya və metodik dəstəyi ilə təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılan xüsusi əməliyyatlara yekun vuracaqlar.
MDB-ın ATM-nin mətbuat xidməti bildirir ki, 2013-cü ilin mayında Qırğızıstanın ərazisində MDB iştirakçısı olan dövlətlərin birgə antiterror təliminin və birgə komanda-qərargah təliminin keçirilməsi məsələsi müşavirənin ayrıca bloku olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO