MDB Hökumət Başçıları və Xarici İşlər Nazirləri şuralarının növbəti toplantısı mayın 31-də Minskdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin rəsmi saytında bildirilib.
Hökumət başçıları MDB məkanında atom enerjisindən istifadə və MDB patentlər və innovasiyalar bankının yaradılması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Görüşün gündəliyinə ətraf mühitin qorunması sahəsində əməkdaşlıq, MDB patentlər və innovasiyalar bankının yaradılması, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi və b. ilə bağlı 20-dən çox məsələnin çıxarılması təklif olunub.