İşləməyənə qız yox!

Azərbaycanda gənc ailələrlə bağlı yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsində yeni əlavələr olub və bu, yaz sessiyasında Milli Məclisin Sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq. Bu barədə açıqlamasında komitə sədri Hadı Rəcəbli bildirib. H.Rəcəblinin sözlərinə görə, qanunda nəzərdə tutulan maraqlı məqamlardan biri odur ki, nikaha girənlərdən biri işləməli, işsiz qalmamalıdır. Bu, qanunda kvota kimi nəzərdə tutulub: “Bundan başqa, qanunda o da nəzərdə tutulub ki, gənc ailələrə uzun müddətli və faizsiz kreditlər verilsin”.
H.Rəcəbli bildirib ki, hazırda QHT-lər və gənclər təşkilatları qanun layihəsini müzakirə edirlər. Yaz sessiyasında komitənin ilk iclaslarının birində sənəd müzakirəyə çıxarılacaq.

Xezerxeber.com

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO