Litvada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Litvada silsilə tədbirlər keçirilib.
Trend-in məlumatına görə, Avropa kinematoqrafçılarının lentə aldıqları “Sonu olmayan dəhliz” sənədli filminin Vilnüsdə təqdimatı keçirilib.
Bununla yanaşı, Litva kütləvi informasiya vasitələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif yazı və məqalələr dərc olunub, səfir Həsən Məmmədzadənin müsahibələri yayınlanıb.
Həmçinin, fevralın 25-də Ermənistanın Litvadakı səfirliyinin qarşısında soydaşlarımız etiraz aksiyası keçiriblər. Vilnüs şəhər meriyasının icazəsi ilə keçirilən piketdə “Günəş” assosiyasiyasının, Litva azərbaycanlı gənclər təşkilatı AYOL-un üzvləri, həmçinin Litvada yaşayan soydaşlarımız Ermənistan səfirliyi qarşısında Xocalıya ədalət şüarları səsləndirib, öz haqlı tələblərini irəli sürüblər. Piket Azərbaycan himninin oxunması ilə sona çatıb.
Bundan başqa, Litvanın ikinci böyük şəhəri Kaunasda da AYOL və İngiltərədə fəaliyyət göstərən Odlar yurdu cəmiyyətinin əməkdaşlığı ilə “Xocalıya ədalət” adlı aksiya keçiriblər.
Tədbir fevralın 26-da günboyu tələbələr, üzərində “Justice for Khojaly” yazıları olan köynəkləri geyinərək, əllərində Xocalı soyqırımını əks etdirən bir sıra müxtəlif mesajlı plakatlarla Kaunas şəhərinin mərkəzi Laisves (Azadlıq) prospektində dinc etiraz şüarlarını səsləndiriblər.
Bununla yanaşı, xiyaban boyu Xocalı faciəsini özündə təcəssüm etdirən ingilis və litva dillərində foto və posterlər sərgilənib.
Sərgiyə maraq göstərən və informasiya əldə etmək istəyən yerli əhaliyə, həmçinin əcnəbi tələbələrə litva və ingilis dillərində bukletlər də paylanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO