Əli Həsənov: Van ilə İrəvan arasında aviareys işğalçı rejimə dəstək kimi dəyərləndirilməlidir


Azərbaycan işğalçı rejimlə – Ermənistanın bugünkü hakimiyyəti ilə hər hansı təmasa qısqanclıqla yanaşır. Xüsusən də bu təmas dost dövlətlər tərəfindən olanda. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü jurnalistlərə bildirib.

“Bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı həyata keçirilən separatçı fəaliyyət Türkiyənin rəsmi dairələri və ictimaiyyəti tərəfindən dəstəklənmədi. Biz Van ilə İrəvan arasında aviareysi dolayısı ilə də olsa, işğalçı rejimə, Ermənistanın rəsmi dairələrinə verilən dəstək kimi dəyərləndiririk”, – Həsənov bildirib.

Həsənov deyib ki, Azərbaycan Ermənistanla istənilən təmasa bu işğalçı rejiminin gücləndirilməsi faktı kimi yanaşır, çünki bu, işğal faktını, Azərbaycanın işğal alıtında olan torpaqlarının azad olunması prosesini uzadır.

“Ona görə də Ermənistanla istənilən iqtisadi əlaqələrə, o cümlədən sərhədlərin açılmasına, Ermənistanla gediş-gəlişin intensivləşdirilməsinə, bu dövlətin siyasi, iqtisadi strukturları ilə hər hansı əlaqələrin qurulmasına Azərbaycan ictimaiyyəti də, hakimiyyəti də birmənalı şəkildə mənfi yanaşır”, – Həsənov qeyd edib.
PA rəsmisi bildirib ki, bunu strateji maraqları Azərbaycanla üst-üstə düşən dövlətlər reallaşdıranda, buna daha da qısqanclıqla yanaşırıq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO