Əli Əhmədov: “Ermənilər Türkiyənin ədalətli şərtinə əməl etməlidirlər”.

APA-nın cənub bürosunun məlumatına görə, bunu Lerikdə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib. O, həmin şərtin Azərbaycanın işğal altında olan torpaqlarını azad etməkdən ibarət olduğunu bildirib: “Türkiyə cəmiyyəti birmənalı şəkildə erməni işğalı aradan qaldırılmamış sərhədlərin açılmasının mümkün olmayacağı barədə mesajlar verib. Türkiyə rəhbərliyi də dəfələrlə sərhədlərin açılmasının yeganə şərti kimi ermənilərin Azərbaycandakı işğalının aradan qaldırılmasını göstəriblər. Hesab edirəm ki, bu iki reallıq – birincisi türk cəmiyyətinin, türk ictimaiyyətinin ortaya qoyduğu bu mövqe, ikincisi isə Türkiyə rəhbərliyinin dəfələrlə açıq şəkildə səsləndirdiyi bəyanatlar, bizim kifayət qədər inamımız üçün əsas yaradır ki, Ermənistan tərəfindən Azərbaycan torpaqları işğaldan azad olunmayınca Türkiyə ilə Ermənistan arasında 20 ildir bağlı qalan sərhədlərin açılması məsələsi öz həllini tapa bilməyəcək. Ermənistanın Türkiyə ilə sərhədlərin açılmasına çox böyük ehtiyacı var. Bu ehtiyac gündən-günə daha açıq şəkildə özünü büruzə verir. Güman edirəm ki, Ermənistan nəhayət ki, bu ehtiyacın təsiri altında Türkiyə ilə sərhədləri açmaq istəyini reallaşdırmaq istədiyi təqdirdə Azərbaycanın torpaqlarını işğaldan azad etməyə məcbur olacaq”.

Lent.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO