İlham Əliyev Xorvatiya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğuladı. Xorvatiya Prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.
Dövlətimizin başçısı Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.
Müdafiə naziri Ante Kotromanoviç Xorvatiya Prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini dedi.
Dövlətimizin başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO