İlham Əliyev Böyük Britaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kamerona başsağlığı verib.
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş Baş naziri, görkəmli siyasi və dövlət xadimi xanım Marqaret Tetçerin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
XX əsrin dünya siyasətinin parlaq simalarından biri olan xanım Marqaret Tetçer Mühafizəkarlar Partiyasının çoxillik rəhbəri və Baş nazir qismində Birləşmiş Krallığın tarixində silinməz iz qoymuşdur. Marqaret Tetçer Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına böyük töhfə vermişdir”, – başsağlığında deyilir.
İlham Əliyev bu ağır itki ilə əlaqədar Devid Kamerona, mərhumun ailəsinə və Birləşmiş Krallığın bütün xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO