İlham Əliyev Bosniya və Herseqovinanın Parlament Məclisi Nümayəndələr Palatası sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə qarşılıqlı dəstək vermələrinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç ölkələrimiz arasında dostluq əlaqələrinin böyük tarixə malik olduğunu vurğuladı. O, səfər zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Azərbaycanın regionun ən böyük investorlarından biri olduğunu qeyd edən Bojo Lyubiç ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq, bu əlaqələrin iqtisadi və humanitar sahələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə əminliyini bildirdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO