İlham Əliyev Azərbaycanın Efiopiyada səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, Nazirlər Kabinetinə Azərbaycanın Efiopiyada (Əddis-Əbəbə şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO