Kopenhagendə Azərbaycan məktəbi açılıb

Danimarkanın paytaxtı Kopenhagendə azərbaycanlı uşaqlar üçün “Ana dili” məktəbi fəaliyyətə başlayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA – ya verilən məlumata görə, Komitənin dəstəyi ilə Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkil etdiyi “Ana dili” məktəbinin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə Ana dili, həmçinin Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və s. fənləri tədris etməkdir. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi hesab edir ki, “Ana dili” məktəbində oxuyan uşaqlar artıq danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı və geniş cavablandıra biləcəklər.
Artıq davamlı olaraq fəaliyyət göstərəcək “Ana dili” məktəbində dərslər hər həftənin şənbə günü saat 10.00-da başlayır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO