Keçmiş namizədlər andiçmə mərasiminə dəvət olunublar

Keçmiş prezidentliyə namizədlərin hamısı İlham Əliyevin inauqurasiya mərasiminə dəvət olunublar. Bu barədə Lent.az-a onların özləri məlumat verib. Bütün namizədlər tədbirdə iştirak edəcəklərini bildiriblər. Qeyd edək ki, günün birinci yarısında namizədlər mərasimə dəvət olunmadıqlarını bildirmişdilər. Gün ərzində bütün namizədlərə dəvətnamə göndərilib. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi oktyabrın 24-də olacaq. Oktyabrın 15-də keçirilən prezident seçkilərində 7 namizəd iştirak edib, İlham Əliyev səslərin 88,73%-ini toplamaqla qalib gəlib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO