Kann şəhərinin vitse-meri Bakı ilə bağlı tövsiyələrini verib

Bakının çox böyük üstünlükləri var və bu üstünlüklər böyük tədbirlərin təşkilatçılığı üçün bu şəhərə geniş imkanlar verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Kann şəhərinin vitse-meri David Lisnar bildirib.
Lisnar deyib ki, Bakının qədim guşələri, eyni zamanda, müasir infrastrukturu var.
Bütün dünyada böyük beynəlxalq festivalların təşkilatçısı, turizm mərkəzi kimi tanınan Kann şəhərinin vitse-meri qeyd edib ki, əsas məsələ Bakının özünəməxsusluğunu qorumaqdır.
“Kann şəhəri ona görə dünyaca məşhur indiki Kann oldu ki, şəhər öz kimliyini qorudu, əvvəlki simasını itirmədi. Düşünürəm, Bakının da unikallığı saxlanılmalıdır”, – Lisnar deyib.
Vitse-mer Bakının əlverişli coğrafi mövqeyindən yaxşı dəyərləndirilməsini tövsiyə edib.
O bildirib ki, şəhərin məşhurlaşması üçün ən vacib olan mədəniyyətinin qorunması və inkişaf etdirilməsidir.
“Mədəniyyət bütün dünyanın yaxşıya doğru dəyişdirilməsinə şərait yaradacaq”, – o deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO