Joze Manuel Barrozu: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir “

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu yanvarın 14-də Bakı Dövlət Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

“Aİ Azərbaycanın ərazi bütövlüyünü ATƏT-in Minsk qrupunun əvvəllər razılaşdırılmış prinsip və səyləri kimi tam dəstəkləyir”, – Barrozu çıxışında bildirib.

Onun sözlərinə görə, Aİ Azərbaycana təkcə siyasi yardım deyil, eləcə də münaqişənin nizamlanmasına nail oldunduqdan sonra bərpa işlərində kömək etməyə də hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO