Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Şahin Mustafayev
– Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Komissiyanın üzvləri:
Aslan Aslanov
– Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev
– Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Gülməmməd Cavadov
– Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
Xələf Xələfov
– Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
İltimas Məmmədov
– Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini
Qulu Novruzov
– Azərbaycan Respublikası təhsil nazirinin müavini
Musa Pənahov
– Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Nazim Səmədov
– Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Ragim Lətifov
– Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Səfər Mehdiyev
– Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Rüstəm Şahbazov
– Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
Eldar Həsənov
– Azərbaycan Respublikasının Monteneqrodakı Fövqəladə və Səlahiyyətli səfiri
Xəqani Abdullayev
– Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin müavini
İlqar İsayev
– Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Monteneqro tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.