Hillari Klinton Makkeynin xeyrinə “təbliğat aparır”

Hillari Klinton Makkeynin xeyrinə “təbliğat aparır”   Respublikaçılar demokrat senatorun səsindən istifadə edirlər

Senator Hillari Klinton ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Con Makkeynin reklam kampaniyası zamanı onun səsindən istifadə edilməsindən narazılığını bildirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Makkeynin seçki qərargahı telefon abonentlərinə avtomatik zəng zamanı Hillari Klintonun səsindən istifadə edib. Amerikalılara Klintonun 2008-ci ilin əvvəlində Demokrat Partiyasının namizədi uğrunda mübarizə aparan zaman çıxışlarından bəzi hissələri dinləmək təklif olunur. Hillari Klinton həmin çıxışlarında Barak Obamanın təcrübəsiz olduğunu bəyan edib: “Ağ Evdə istehsaldan ayrılmamaqla təlim üçün vaxt yoxdur”. Demokrat senatorun nümayəndələri onun səsindən istifadə edilməsinə razılıq vermədiklərini bildiriblər: “Hillari Klinton kimə üstünlük verdiyini dəfələrlə özü bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO