Həftənin ilk iş günündə bəzi yerlərdə 29 dərəcəyədək isti olacaq

Həftənin ilk iş günündə bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 8-də hava əsasən yağmursuz olacaq. Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Temperatur gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.
Bakıda gecə 9-11, gündüz 20-22 dərəcəyə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 752 millimetr civə sütununa düşəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Aprelin 8-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq.
Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.
Havanın temperaturu gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq.
Bəzi yerlərdə temperatur 29 dərəcəyədək yüksələcək.
Dağlarda isə gecə 5-10, gündüz 16-20 dərəcəyədək isti olacağı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO