Heydər Əliyev Mərkəzi müəllimlər arasında müsabiqə elan edir


Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanın orta ümumtəhsil məktəblərinin müəllimləri arasında “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” adlı müsabiqə elan edir.

Heydər Əliyev Mərkəzindən Trend-ə daxil olan məlumata görə, müsabiqəyə təhsil sistemində tətbiq edilə biləcək müasir yanaşma və metodlar, xarici təcrübə ilə bağlı təklifləri əks etdirən məqalələr təqdim oluna bilər.

Məqalələr araşdırma xarakterli olmalı, 12 ölçülü Times New Roman şriftində, 8-9 min çap işarəsi həcmində təqdim edilməlidir.

Müsabiqəyə bu vaxtədək dərc olunmamış yazılar qəbul olunur.

Məqalələr 25 mart 2013-cü il tarixindən 25 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinin [email protected] və ya [email protected] elekton poçt ünvanına göndərilməlidir.

Məqalələri, həmçinin Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) təqdim etmək olar.

Məqalənin sonunda yazının bu müsabiqəyə təqdim edildiyi göstərilməli, müəllifin çalışdığı məktəbin nömrəsi, məktəbin yerləşdiyi ünvan, elektron poçt ünvanı, əlaqə telefonları qeyd olunmalıdır. Həmçinin, müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti göndərilməlidir. Elektron poçt vasitəsilə göndərilən fayllara şəxsiyyəti təsdiq edən sənədin foto-surətinin elektron versiyası əlavə edilməlidir.

Qaliblərə mükafatlar təqdim ediləcək.

Mükafatlar:

1-ci yerin qalibi üçün
1 ədəd noutbuk (1 illik internet paketi ilə) və 1 ədəd planşet kompüter

2-ci yerin qalibi üçün
1 ədəd masaüstü kompüter (1 illik internet paketi ilə)

3-cü yerin qalibi üçün
1 ədəd planşet kompüter

Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat – mini planşet kompüterlər təqdim olunacaq.

Müsabiqə ilə bağlı suallar (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO