Gürcüstan Azərbaycandan məhsul idxalını artırıb

Gürcüstan 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 565,89 milyon dollar dəyərində məhsul idxal edib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin 11 ayının nəticələri üzrə xarici ticarət hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycandan Gürcüstana idxalın həcmi il ərzində 1,8 faiz yüksəlib. Müqayisə üçün, 2013-cü ilin analoji dövründə Gürcüstan 555,81 milyon dollar məbləğində Azərbaycan məhsulu idxal edib.

Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr siyahısında üçüncü yeri tutur. Ölkəyə gətirilən malların ümumi həcmində Azərbaycan ixracının xüsusi çəkisi 7,3 faiz təşkil edir.

Gürcüstan daha çox Türkiyədən məhsul idxal edir. 2014-cü ilin ilk 11 ayında Gürcüstan Türkiyədən 1,6 milyard dollar dəyərində (və ya idxalın ümumi həcminin 20,1 faizi) məhsul idxal edib.

Çin 673,76 milyon dollarla və ya Gürcüstan idxalının ümumi həcminin 8,7 faiz xüsusi çəkisi ilə ikinci yeri tutur.

Gürcüstan Azərbaycandan əsasən qaz, neft məhsulları, elektrik enerjisi və s. idxal edir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO