Gələn il Azərbaycanda səhiyyə xərcləri üçün dövlət büdcəsindən 603 milyard manat ayrılacaq

2013-cü ildə Azərbaycanda səhiyyə üçün 603 527 784 manat vəsait ayrılacaq. APA-nın məlumatına görə, bu rəqəm Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulub. Gələn il poliklinikalar və ambulatoriyalar üçün 74 204 625 manat ayrılacaq. Ümumi təyinatlı tibbi xidmət üçün 47 658 286 manat, əmək haqları üçün 38 568 547 manat, malların (işlərin və xidmətlərin) satın alınması üçün 7 646 715 manat, ezamiyyə xərcləri üçün 259 388 manat, kommunal və kommunikasiya xidmətləri üçün 2 168 005 manat nəzərdə tutulub.
Büdcə layihəsinə əsasən, xüsusiləşdirilmiş tibbi xidmət üçün 977 188 manat ayrılacaq0 Əmək haqları üçün 726 518 manat, malların (işlərin və xidmətlərin) satın alınması üçün 232 619 manat, ezamiyyə xərcləri üçün 18 724 manat, kommunal xərclər və kommunikasiya xidmətlərinin ödənilməsi üçün 50 580 manat ayrılacaq.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO