Fövqəladə hallarda əməkdaşlığa dair sazış layihəsi müzakirə olunub


FHN-də Mərakeş Krallığının daxili işlər naziri ilə görüş olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Mərakeş Krallığının daxili işlər naziri Mohand Laenseri qəbul edib.
Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat verib. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Qonaq isə öz növbəsində, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi də müzakirə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO