Füzulini yad edəcəklər

Füzulini yad edəcəklər

Avqustun 23-də Füzuli rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı “Azıx” İctimai Birliyinin təşkilatçılığı ilə Füzuli rayon ictimaiyyətinin, ayrı-ayrı ictimai birliklərin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Bu barədə “Qafqazinfo”ya birliyin sədri, gənc yazar Tağı Kərimli məlumat verib. Onun sözlərinə görə ziyarət saat 10-da baş tutacaq: “Rayon ictimaiyyətinin, ziyalıların, ayrı-ayrı ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə əvvəllər “Əzizbəyovun” heykəli olan parkda toplaşaraq oradan Şəhidlər Xiyabanını ziyarət etməyə gedəcəyik.”

Qeyd edək ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO