Ermənistan Mülki Apellyasiya Məhkəməsinin sədri istefa verib


2000-ci ildən Ermənistanın Mülki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən Tiqran Saakyan istefa ərizəsini təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü “Novosi-Armenia”, “Aykakan jamanak” qəzetinə istinadən xəbər yayıb.
Qəzetin məlumatına görə, Saakyan öz yaxın ətrafına yorulduğuna görə istefa verdiyini açıqlasa da, əslində onu istefa verməyə məcbur ediblər.
Qəzetin mənbələrinin verdiyi məlumata görə, ona qarşı dəlillər yığılıb. Bununla əlaqədar qəzet iddia edir ki, onun işdən azad olunması “məhkəmə sistemində təmizlik” konteksrində təqdim olunacaq.
Həmçinin bildirilir ki, istefadan əvvəl məhkəmə sədri məzuniyyətə gedib.
Saakyanın ərizəsinə Ermənistanın Ədliyyə Şurasında baxılacaq və təmin olunacağı halda təsdiqlənmək üçün prezidentə təqdim olunacaq. Boş qalan vakansiya ilə bağlı müsabiqə elan olunacaq. Onun nəticəsində şura namizədlərdən birini seçib təsdiqləmək üçün prezidentə təqdim edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO