Erməni hakerləri Respublika Seysmoloji Xidmət Mərkəzinin saytlarına hücum ediblər

Fevralın 24-dən başlayaraq bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin iki rəsmi saytı – www.seismology.az və www.seismology.az/journal davamlı olaraq erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb.
Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu hücumlarla bağlı RSXM-in saytlarında bəzi problemlər yaranıb.
Hazırda hər iki saytda məlumatların bərpası prosesi gedir.
Buna görə də hansısa məlumatdan istifadə edərkən diqqətli olmaq lazımdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO