“ELS” və AVCİYA səsvermədə 160 min seçicinin rəyini öyrənəcək

“ELS” Müstəqil Araşdırmlar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkisi ilə əlaqədar “exit-poll” və “quik-count” tədqiqatlarını keçirməyə tam hazırdır.
Lent.az-ın xəbərinə görə, təşkilatların birgə yaydığı məlumatda bildirilib ki, tədqiqatın keçirilməsi üçün bütün hazırlıq işlərini başa çatdırılıb. “Exit-poll” və “quick-count” tədqiqatı üçün lazım olan bütün sənəd və ləvazimatlar hazırlanaraq tədqiqatın keçiriləcəyi məntəqələrə göndərilib. Tədqiqat 118 Seçki Dairəsinin 800 məntəqəsini əhatə edəcək. Həmin məntəqələrdə “exit-poll” tədqiqatının həyata keçirilməsinə 1 600 intervüer, 220 supervayzer, 100 telefonçu və eyni sayda kompüter operatoru cəlb edilib. Mərkəzdə isə tədqiqatın keçirilməsinə birbaşa nəzarət edəcək 100 nəfərə yaxın komanda-qərargah heyəti fəaliyyət göstərəcək. “Exit-poll” aparılan məntəqələrdə paralel olaraq “quick-count” tədqiqatı da həyata keçiriləcək. “Quick-count”-u həyata keçirəcək heyət də eyni mərkəzdən idarə olunacaq. Bu işə isə 800 müşahidəçi cəlb edilib.
Tədqiqat çərçivəsində 120-160 min anketin toplanması gözlənilir ki, bu da eyni sayda insanın seçiminin öyrənilməsi deməkdir.
Qeyd edək ki, Azərbaycanda “exit-poll” tədqiqatı 4-cü, “quik-count” isə ikinci dəfə həyata keçirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO