Elmira Süleymanova Gürcüstanda azərbaycanlı məhkumlarla görüşüb

Elmira Süleymanova Gürcüstanda azərbaycanlı məhkumlarla görüşübİnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Xalq Müdafiəçisinin əməkdaşları ilə birgə Azərbaycan və ya Gürcüstan vətəndaşları olan azərbaycanlı məhkumlarla görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər. Bir neçə azərbaycanlı məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və əfvlə bağlı müraciətlərini nəzərə alaraq, E. Süleymanova cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edərək, qanun çərçivəsində onlara bu haqda vəsatət qaldırmaqda yardımçı olmasını xahiş edib.
Sonra Ombudsman müəssisəyə ümumi baxış keçirib, azərbaycanlı məhkumların şəraiti ilə tanış olub. Məlum olub ki, cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbuslar üçün ibadət yeri yaradılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO