Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfirini qəbul edib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan yüksək səviyyəli dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq bildirib və səfirin ölkəmizdə fəaliyyəti müddətində bu münasibətlərə verdiyi töhfəni yüksək qiymətləndirib.
Nazir, həmçinin, ölkəmizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda qarşılıqlı münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Pakistan dövlətinə təşəkkür edib və səfir İnayat Ullah Kakara gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir İnayat Ullah Kakar öz növbəsində yüksək səviyyəli münasibətlərdən məmnunluq bildirərək, bu əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.
Ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bundan sonra da istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi davam etdirəcəklərini vurğulayıb.
Pakistan səfiri ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və bir daha ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO