Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
E.Məmmədyarov hazırda GUAM-a sədrlik edən ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.