Elmar Məmmədyarov GUAM-ın baş katibi ilə görüşüb

Elmar Məmmədyarov GUAM-ın baş katibi ilə görüşübAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

E.Məmmədyarov hazırda GUAM-a sədrlik edən ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO