Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır

Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır

Regional əməkdaşlıq məsələlərini müzakirə edərkən, biz bu cür əməkdaşlığı əngəlləyən amillərdən danışmaya bilmərik. Aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınımış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımlar ciddi təhlükə doğuran hədələr kimi qiymətləndirilməlidir.
Trend xəbər verir ki, bu barədə Nazir Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışında deyib.
Nazir qeyd edib ki, 20 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsi bunun ən bariz nümunəsidir: ” Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20% ərazisi işğal altındadır və əhalisinin hər 9-cu nəfəri ya qaçqın, ya da məcburi köçkündür. Biz, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusi ilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq”.
Nazir qeyd edib ki, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycan Respublikasının səylərini dəstəkləyən üzv ölkələrə minnətdarlığını bildirib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO