Dövlət miqrasiya xidmətinin əməkdaşları silsilə təlimlərdə iştirak etmişlər

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün keçirilən silsilə təlimlər başa çatmışdır.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumata görə, “Miqrasiya konteksti və problemlər”, “Miqrasiyanın idarəolunmasında hüquqi çərçivə” mövzusunda keçrilən təlimlərin təşkil edilməsindən əsas məqsəd beynəlxalq qaçqın hüquqları və miqrasiyanın idarə edilməsi sahəsində potensialın daha da artırılmasıdır.

Üçmərhələli təlimlərdə, həmçinin “Ölkəyə giriş, qaçqınların qəbulu və müraciətlərinə baxılması, tənzimlənməyən miqrasiya”, “Qaçqın və miqrantların, vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olmaları və ölkə ərazisindən çıxması” mövzularında mühazirələr dinlənilmişdir.

Təlimin sonunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına diplomlar təqdim edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO