Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi referenduma hazır vəziyyətdədir

“Seçkilər” İnformasiya Mərkəzində seçicilərin fəallığını əks etdirəcək monitorlar, kompyuterlər quraşdırılıb, müşahidəçilər, KİV nümayəndələri üçün yerlər müəyyənləşib

“Seçkilər” İnformasiya Mərkəzinin hesablamalarına görə, hazırda ölkədə 5 min 367 məntəqə seçki komissiyası üzrə 4897966 seçici var. Adı 2009-cu ilin seçici siyahısında olmayan şəxslərin məntəqələrdə siyahıya alınması davam edir.

Mərkəzin İnformasiya zalında səsvermə günü ilə bağlı bütün zəruri işlər görülüb. Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi referenduma hazır vəziyyətdədir. Seçicilərin fəallığını əks etdirəcək monitorlar, kompüterlər quraşdırılıb. Müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yerlər müəyyənləşib.

Mətbuat nümayəndələri hər dəfə yenilənən məlumatları ötürmək üçün qurulan kompüterlərdə şəbəkəyə qoşulmaq imkanı əldə edəcəklər.

Səsvermə günü dairələrdə çalışan kompüter mütəxəssisləri üçün xüsusi treninqlər başa çatıb. Dairələrdə qurulan 200 kompüterdə texniki nasazlıqlar aradan qaldırılıb.

“Seçkilər” informasiya mərkəzinin direktoru R.Hüseynov deyib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qəbul etdiyi qaydaya əsasən səsvermə günü saat 10, 12, 15, 17, 19-da dairə seçki komissiyalarından Mərkəzə ötürüləcək məlumatlar bu zaldan ictimaiyyətə çatdırılacaq.

Məlumatlar MSK-nın saytında yerləşdiriləcək. Hər bir seçici MSK-nın internet səhifəsinə daxil olmaqla son məlumatları öyrənə biləcək. Axırıncı hesabat saatından sonra məntəqələrdən daxil olan protokolların nəticələri dairələrdən Mərkəzə göndəriləcək. İnformasiya zalında iştirak etmək istəyən müşahidəçilər vəsiqələrini təqdim etməklə səsvermə günü qeydiyyatdan keçə bilərlər. /ANS PRESS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO