Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov aprelin 11-də Sumqayıtda Abşeron, Xızı və Sumqayıt sakinləri ilə görüşüb.
Trend-in məlumatına görə, görüşə gəlmiş vətəndaşlar əsasən pensiyaların hesablanması və stajla bağlı müraciət ediblər. Həmçinin vətəndaşların əksəriyyəti icbari tibbi sığortanın tətbiq edilməməsindən şikayətləniblər.
Qəbul zamanı 20-dən artıq vətəndaş dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib