Dövlət Departamenti Lavrov və Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib

ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib. Trend İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Departamentin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

O, qeyd edib: “Mən təsdiq edə bilərəm ki, Lavrovla görüş yanvarın 13-də Parisdə baş tutacaq”.

Departament rəsmisi hesab edir ki, görüşdə əsas diqqət “Cenevrə-2” sülh konfransının keçirilməsi məsələsinə ayrılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO